BANK

Depozit hərracında tələb təklifi cüzi üstələyib
08 YANVAR
331

Depozit hərracında tələb təklifi cüzi üstələyib

2018-01-08 15:19:00

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən xəbərə görə, hərracda tələb 300,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi cüzi üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276