BANK

Kredit götürəndən və ya zaminin maaşından kredit tutula bilər?
08 YANVAR
322

Kredit götürəndən və ya zaminin maaşından kredit tutula bilər?

2018-01-08 13:46:00

Problemli kreditlərin həcminin artması banklarla vətəndaşlara  arasında bəzən anlaşılmamazlıqların yaşanmasına gətirib çıxarır. Bir çox hallarda vətəndaşların maaşlarından kredit ödənişinin tutulması bankın müştərisini narazı salır. Bəs bank kredit götürənin və ya zaminin maaş hesabından kreditin ödənişini  çıxa bilərmi? Fins.az-ın sualını cavablandıran  UNİLEGAL Consulting şirkətinin hüquqşunası Tofiq Hacıyev məhkəmənin qərarı olmadan bankın, kreditə görə müştərinin maaş hesabından pul tutmasının qanunsuz olduğunu bildirdi. Tofiq Hacıyev ikinci bir qaydada isə yalnız kredit götürənin kredit götürdüyü zaman  banka icazə ərizəsi verdiyi zaman bunun mümkün olduğunu bildirdi. Belə ki, kredit götürən şəxs bankdan pul götürən zaman ərizə yazaraq bildirir ki, ödənişi ödəyə bilmədiyi və ya digər hallarda bank şəxsin əmək haqqı hesabından kredit ödənişini çıxsın. Yalnız bu zaman bankın kredit götürənin maaşından ödənişi tutmağı mümkün olduğu bildirildi.

Zaminə gəlincə isə hüquqşunasın sözlərinə görə, bu zaman da məhkəmə qərarının olmadan bankın zaminin əmək haqqı hesabından kredit ödənişinin tutulmasını qanunsuz olduğunu bildirdi.

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300