BANK

Bankın bağlanması onu məşhur etdi - AZƏRBAYCANDA
08 YANVAR
761

Bankın bağlanması onu məşhur etdi - AZƏRBAYCANDA

2018-01-08 11:28:00

Media Consulting and Services  01-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb. Fins.az xəbər verir ki,media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  550 on-line media daxil olmaqla  615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.  Bu dəfə ölkəmizdə adı ən çox hallanan bank Azərbaycan Beynəlxalq Bankı olub. Bu bankın adı 1753 dəfə qeyd olunub. Adı ən çox hallanan və bu "hallanmaya" ikinci yerə qalxan isə Dəmirbank olub.(1444) Məşhur banklar arasında üçlüyü isə Kapital Bank tamamalayır. Bu bankın adı ay ərzində 969 dəfə qeyd edilib.

Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə  daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında  25059 bank adı hallanan yazı müşahidə edilib. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Dəmir Bankın adının kəskin hallanmasını qeyd edə bilərik. Dəmir Bank haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi  ətrafında cərəyan edir.  Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254