BANK

Neft Fondu dekabrda satılan valyutanın həcmini açıqladı
05 YANVAR
720

Neft Fondu dekabrda satılan valyutanın həcmini açıqladı

2018-01-05 17:32:00

Noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb. Maliyyə Bazarlarına Nəzarət Platasından Fins.az-a verilən məlumata görə,30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9mln. manat, cəmi öhdəlikləri isə 23,255mln. manat təşkil edib. Sektorun balans kapitalı 3,138.9 mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln. manat olub. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mln. manat artıb.  

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil edib. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olub.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273