BANK

Azərbaycanda auditor xidmətləri bazarı təhlil olunacaq
05 YANVAR
503

Azərbaycanda auditor xidmətləri bazarı təhlil olunacaq

2018-01-05 16:57:00

Auditorlar Palatasının növbəti Şura iclası keçirilib. İclasda Şura üzvləri və Palata Şurası yanında Komitə sədrləri iştirak ediblər.

Fins.az-ın Palataya istinadən verdiyi xəbərə görə, iclasda auditor xidmətinin keyfiyyətinə kənar nəzarətin aparılması və onun nəticələrinə dair icmalın hazırlanması, auditor xidmətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi və Azərbaycanda auditor xidməti bazarının təhlili barədə məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır. Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə ölkədə auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258