BANK

Unibank biznes sahibləri üçün 50%-lik endirim kampaniyası keçirir
05 YANVAR
226

Unibank biznes sahibləri üçün 50%-lik endirim kampaniyası keçirir

2018-01-05 14:51:00

Biznes sahibləri üçün indi Unibank-da hesab açmağın əsl vaxtıdır. Yanvarın 31-dək Unibank-da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzindəbank xidmətlərində 50% endirim ediləcək. Biznes sahibləri üçün keçirilən kampaniya aşağıdakı xidmətləri əhatə edir:

  • Konvertasiya əməliyyatları;

  • Manat və xarıcı valyuta ödənişləri;

  • Əmək haqqı layihəsi üzrə köçürmələr;

  • Nağd pulun çıxarılması;

  • Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər.

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

  • Sərfəli tariflər;

  • Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

  • Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

  • Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

  • Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

  • Sənəd dövriyyəsinin minimuma endirilməsi;

  • Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

  • Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276