BANK

Bank əmanət faizlərini aşağı salırsa deməli bu bank bağlanır ?
05 YANVAR
586

Bank əmanət faizlərini aşağı salırsa deməli bu bank bağlanır ?

2018-01-05 13:59:00

Bu günlərdə bəzi banklar manatda olan əmanət faizlərini aşağı salırlar. Bir çoxları bunu bankın gələcəkdə bağlanacağı kimi dəyərləndirirlər. Bəs əslində necədir? Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli Fins.az-a açıqlaması zamanı birmənalı olaraq bildirib ki, bankların əmanət faizlərini aşağı salması onun bağlanacağı demək deyil. Sadəcə olaraq bankların manatda olan likvid vəsaitlərini kredit verməkdə çətinlikləri yaranıb və buna paralel olaraq əlavə vəsait cəlb etməmək üçün faiz dərəcələrini aşağı salırlar. Eyni zamanda ekspert qeyd edib ki, Mərkəzi bankın uçot dərəcəsinin 15% və sıfır riskə sahib dövlət istiqrazlarının illik gəlirliliyinin 15% ətrafinda olduğu bir halda bankların manatda daha aşağı faizlə əmanət faizləri təklif etməsi absurddur. Bankların əmanət faizlərini 10-11%-ə endirmələri realliği əks etdirmir. Cəfər İbrahimli hazırda vətəndaşların da banklara əmanət yerləşdirməkdənsə daha yüksək faiz təklif edən dövlət və korporativ istiqrazlara üstünlük vermələri məsləhət olardı.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253