BANK

İsveçrə bankları – MƏXFİ MATERİALLAR
04 YANVAR
711

İsveçrə bankları – MƏXFİ MATERİALLAR

2018-01-04 16:12:00

Dünyanın ən varlı adamları İsveçrə banklarına üstünlük verirlər. Belə ki, İsveçrə banklarında pullar güclü maliyyə sistemi ilə qorunmaqla yanaşı bank sirri olaraq da qorunur.

İsveçrəlilər hesab edir ki, pullar sakitliyi sevir. Bir çox İsveçrə şirkətləri işçilərin maaşını fərdi olaraq razılaşdırır və bir isveçrəli iş yoldaşının əmək haqqı haqqında məlumatı olmur.

İsveçdə bankların müştəri ilə münasibəti həkim ilə pasient münasibəti xatırladır. Belə ki, bank divarları arxasında danışılan bütün söhbətlər elə bankda da qalır. Bir çox bank İsveçrə bankları muzeyi və ya malikanəni xatırladır.

İsveçrə bankları konfidensiallığı ilə digər banklardan fərqlənir. Bu qanun İsveçdə 16-cı əsrdə yaranan ilk özəl bankların vaxtından bu cür davam edir.

İlk dəfə bank sirri termini 1973-cü ildə yaranıb. Həmin vaxt Cenevrə Şurası bankirlərə ölkənin izni olmadan müştərilər haqqında məlumat açıqlamağı qadağan edib.

Yerli biznesi, repetuasiyanı və müştəriləri qorumaq üçün İsveçrə hökuməti  hüquqi müstəvidə  bank sirlərini tam məxfi saxlamaq barədə qərar qəbul edib

Bu günlərdə də İsveçrə dünya kapitalını özündə saxlayan güclü bir mərkəzdir. Burada dünyanın ən varlı insanlarının aktivlərinin 4-də 1hissəsi saxlanılır. Bu vəziyyət nə ABŞ-ı nə də Avropa Birliyi ölkələrini qane etmir. ABŞ hökuməti dəfəflərlə bəyan edib ki, İsveçrə banklarında vergidən yayınan amerikalıların pulları saxlanılır. Məlumata görə, ABŞ varlıları İsveçrə banklarında 1.5 trilyon dollar saxlayırlar.

ABŞ vergi orqanlarının təsiri nəticəsində 2010-cu ildə UBS bankı 4450 amerikalı vətəndaşın hesabını ABŞ hökumətinə təqdim edib. Bu cür hadisələr nəticəsində 85 İsveçrə bankı zərər çəkmiş müştərilərinə 5.5 milyard dollar həcmində kompensasiya ödəməli olub. Həmçinin İsveçrə bankları Avstraliya,Kanada,Yaponiya,İslandiya və Norveç dövlətlərinə də bəzi məqamlarda güzəşt etməli olub.

Belə ki, İqtisadi tərəfdaşlıq və inkişaf təşkilatı çərçivəsində Avropa birliyi ölkələri maliyyə hesabatlarının qarşılıqlı mübadiləsi çərçivəsində, qərar qəbul edilib.  Qəbul olunan qanunun 2018-ci ildə qüvvəyə minməsi gözlənilir. Bununla da İsveçrə banklarının məxfilik sisteminə son qoyulması gözlənilir.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258