BANK

Maşın alverçilərinə bəd xəbər - Daha bir qadağa qoyuldu - VİDEO
04 YANVAR
1103

Maşın alverçilərinə bəd xəbər - Daha bir qadağa qoyuldu - VİDEO

2018-01-04 10:04:00

Gürcüstan Respublikasında qəbul edilmiş yeni qərara əsasən, yanvarın birindən avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunur. Bu barədə “Novosti – Qruziyaya” xəbər verir. Məlumata görə, hətta indiyə qədər sükanının yeri dəyişdirilən avtomobillərlə bağlı da problem yarana bilər. Saytın verdiyi məlumata görə, bu maşınlar bir daha texniki baxışdan keçirilməlidir. Azərbaycanlı avtomobil alverçiləri ən çox Gürcüstana üz tuturlar. Və onların əksəriyyəti avtomobillərin sükanını sağdan sola keçirirdilər. Artıq onlar ölkəyə maşın gətirərkən bunu edə bilməyəcəklər.

Onu da qeyd edək ki, Gürcüstanda yeni qaydalara əsasən, 1 yanvar 2018-ci il tarixindən etibarən avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.

Qeyd edək ki, adətən Yaponiya və Böyük Britaniya istehsalı olan bəzi avtomobillərin sükanının yeri dəyişdirilir. Mütəxəssislər deyirlər ki, sükanın yerinin dəyişdirilməsi bəzi hallarda təhlükələrə yol aça bilər. Avtosfer.az-ın məlumatına görə, mütəxəssislər deyirlər ki, sükanın yeri dəyişdikdə bir neçə mexanizmin də yeri dəyişir. Bu zaman kiçik bir məsuliyyətsizlik böyük faciələrə yol aça bilər. Dəyişdirilən digər hissə isə idarəetmə panelinin şitidir.

Elçin Abbasov deyir ki, dəyişdirilmə zamanı bəzən xırda detallara diqqət yetirilmir. Bu da sürücüyə çətinlik yaradır.

Hüquqşünaslar isə bildirirlər ki, Azərbaycan qanunvericiliyinə görə, sükanı sağda olan avtomobillərin dövlət qeydiyyatına alınması və istismarı qadağandır. Ölkədə kustar üsulla sükanın yerinin dəyişdirilməsinə də icazə verilmir. Lakin bəzi iri avtomobil istehsalçıları öz rəsmi distributorlarına bu işi həvalə edir. Bu da ölkə xaricində baş verir. Onlar da bütün təhlükəsizlik tədbirlərini nəzərə alırlar. Mütəxəssislər sükanın yeri dəyişdirilən avtomobil aldıqda onu detallı şəkildə texniki baxışdan keçirməyi məsləhət görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251