BANK

Bu bank əmanət faizlərini kəskin azaldıb
03 YANVAR
1104

Bu bank əmanət faizlərini kəskin azaldıb

2018-01-03 22:19:00

“Turanbank” ASC Azərbaycan manatı, ABŞ dolları və avro ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini kəskin azaldıb. Fins.az xəbər verir ki, bu barədə Bankın rəsmi internet səhifəsində məlumat verilir.

Belə ki, “Turanbank”da 3 il müddətinə, milli valyutada yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 12,5-12,9% divident ödənilir. Lakin, indiyə qədər illik gəlirlilik 18-19% olub.

Bank 3 il müddətinə Amerika valyutası ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 6-6,5%-dən 3-3,25%-ə, 3 il müddətinə Avropa valyutası ilə yerləşdirilən əmanətlərin illik gəlirliliyini isə 3-3,5%-dən 1,25-1,5%-ə endirib.

Məlumat üçün bildirək ki, “Turanbank”-ın hazırda nizamnamə kapitalı 55 003 470 manatdır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255