BANK

Bu bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir - TƏQZİB
30 DEKABR 2017
474

Bu bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir - TƏQZİB

2017-12-30 15:15:00

Bəzi xəbər saytlarında bir neçə maliyyə- kredit qurumunun, o cümlədən dövlət bankı Azər Türk Bankın aktivlərinin kəskin azalması ilə əlaqədar həqiqətə uyğun olmayan yazılar verilib. Azər Türk Bankdan Fins.az-a verilən məlumata görə, Azər Türk Bank bununla əlaqədar bildirir ki, bankın aktivlərinin həcmi yazıda göstərildiyi kimi 63 faiz deyil, bu ilin əvvəlindən etibarən 37 faiz azalmışdır. Bunun da obyektiv səbəbləri vardır. Belə ki, 2015- ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank Standart”ın sağlamlaşdırılması üçün yönəltdiyi yüksək məbləğdə vəsait Azər Türk Bank tərəfindən Mərkəzi Banka qaytarılmışdır. Bundan əlavə, bəzi kreditləşmə əməliyyatlarının maliyyələşdirilməsi üçün cəlb edilmiş, lakin hazırki bazar şərtlərinə uyğun olmayan, yüksək faizli depozitlərin müştərilərə ödənilməsi, sözsüz ki, aktivlərin bir qədər də azalmasını şərtləndirmişdir.

Bankın kapital mövqeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi səviyyədən yüksəkdir. Qeyd edək ki, prudensial göstəricilər üzrə bu il Azər Türk Bank əsaslı artıma nail olmuş və hazırda bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir. Xatırladaq ki, bu göstərici üzrə norma 30 faiz səviyyəsində müəyyən edilmişdir .

Həmçinin 2016- cı ili yüksək mənfəətlə başa vurmaqla Bank, səhmlər üzrə dividend ödənişini həyata keçirmiş, ümumi bazar risklərini nəzərə alaraq riskli aktivlər üzrə ehtiyatlar yaradılmasına nail olmuşdur.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276