BANK

Bu bank "ASAN" ilə daha bir lahiyəsini başa vurub
28 DEKABR 2017
485

Bu bank "ASAN" ilə daha bir lahiyəsini başa vurub

2017-12-28 17:25:00

"ASAN School" könüllülük proqramının “Master 2” pilləsinin bu növbəti uğurlu yekunu münasibətilə hər iki qurumun nümayəndələrinin iştirakı ilə Azər Türk Bankın baş ofisində görüş keçirilib. Bankdan Fins.az-a verilən məlumata görə,tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri Azər Türk Bankın "ASAN School" könüllülük proqramının reallaşdırılmasında göstərdiyi təşəbbüsə və bu proqramın Master2 pilləsinin uğurla həyata keçirilməsində dəstəyinə görə minnətdarlıqlarını bildiriblər.

Azər Türk Bankın nümayəndələri, öz növbəsində, bu istiqamətdə əməkdaşlığın məmnuniyyətlə davam etdiriləciyini, iqtisadiyyat və maliyyə üzrə təhsil almış gənclərin bank işi ilə bağlı bilik və bacarıqlarının artırılmasına, onların fərdi və peşəkar inkişafına daim dəstək olmağa hazır olduqlarını vurğulanıb

Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim edilmiş, ən aktiv iştirakçılar, ənənəvi olaraq, Azər Türk Bankın təcrübə proqramına cəlb ediliblər.

Məlumat üçün bildirək ki, 22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258