BANK

Sahibkarlara güzəşt edilə bilər – KREDİT
27 DEKABR 2017
375

Sahibkarlara güzəşt edilə bilər – KREDİT

2017-12-27 16:07:00

Yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondu sahibkarların banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsini dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşıdıracaq. Fins.az iqtisadçı ekspert Vüqar Bayramovun açıqlmasına görə xəbər verir ki, bu Kredit Zəmanət Fondunun da funksiyasına daxil idi və bu təklifi hökumətə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2015-ci ildə təqdim etmişdi. Bu əslində sahibkarların kreditə əlçatanlığının artırılması üçün vacib məqamdır. Məsələn, kommersiya bankı 18 faizə kredit təklif edir. Bu kredit faizi yüksək olduğu üçün sahibkar üçün cəlbedici deyil. Mövcud qaydalara əsasən, sahibkara fonda müraciət etməklə faizin bir hissəsinin ödənilməsini istəyə bilər. Fond 18-in 8 faizinin subsidiya edə bilər. Nəticədə, sahibkar 18 faizlik kreditin yalnız 10 faizini ödəyir. Digər 8 faiz isə fond tərəfindən birbaşa banka ödənilir. Məsələn, 100 min manatlıq kredit 3 il müddətnə götürülübsə o zaman orta hesabla 18 min manatlıq faiz ödənişinin 10 min manatını sahibkar 8 min manatını isə dövlət ödəyir. Əgər kredit müddəti 3 ildən çoxdursa o zaman orta hesabıa 18 min manatlıq faiz ödənişinin yalnız 8 min manatını sahibkar ödəyəcək. Qaydalara əsasən, sahibkarın ödəyəcəyi faiz 6-dan az olmamalıdır. Belə subsidiyalaşmanın üstünlüyü ondan ibarətdir ki, bu bank kreditlərinə tələb yaratmaqla yanaşı prosesi şəffaflaşdırır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276