BANK

AtaBank 2017-ci ili belə "yola salır"
27 DEKABR 2017
423

AtaBank 2017-ci ili belə "yola salır"

2017-12-27 15:16:00

AtaBank artıq 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb. Əsasən bank kartları sahəsində bir çox yeniliklər ölkəmizdə ilk dəfə məhz AtaBank tərəfindən tətbiq olunub. Fins.az AtaBank-ın fəaliyyətinin 25-ci ilində geridə qoyduğumuz 2017-ci il reallaşdırdığı işləri təqdim edirik.

AtaBank ölkənin bank sektorunda ilk konsolidasiya prosesini uğurla başa vurub. “AtaBank” və “CDB” bankın birləşməsi nəticəsində bank sektorunda keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və güclü maliyyə göstəricilərinə malik, 100 faiz yerli kapitallı bir bank ərsəyə gəldi.“AtaBank” ASC təcili pul köçürmə xidmətl­əri çeşidini genişləndirərək ilkə imza  a­tıb. “AtaBank” ASC -­nin müştəriləri “Xəzri” sistemi üzrə pul­ köçürmələrini həyata keçirə bilərlər.  

Bundan başqa adı çəkilən bank Azərbaycanda ilk dəfə “LİDER” pul köçürmələri sistemi ilə birgə dünyanın istənilən plastik kartlarına pul göndərmək imkanı yaradıb. Onu da qeyd edək ki, bu bank POS - terminalı xidmət şəbəkəsi fəaliyyətinə görə ölkədə birinci yerdədir. Belə ki, AtaBankın 18 min POS-terminalı var. AtaBank dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsini imzalayıb.

“Zolotaya Korona” təcili pul köçürmə sistemi tərəfindən banklar arasında keçirilən, yarışmada AtaBank qalib gəlib. Bank 144.7 mln. cəmi kapitalı ilə ölkə bankları arasında 4-cü mövqeyi tutur.

Bankın aktivləri əvvəlki illə müqayisədə 31.4% artaraq 614.7 mln. manat təşkil edir və bu göstərici üzrə AtaBank ölkənin 31 bankı arasında 9-cu yerdədir. Fiziki şəxslərin müddətli əmanətləri 235,6 mln. manat təşkil edir ki, bunun sayəsində AtaBank ölkə bankları arasında 6-cı mövqeyi tutur.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300