BANK

Azərbaycanda bu il 3 minə yaxın vətəndaşa dövlət xətti ilə ipoteka krediti verilib
27 DEKABR 2017
398

Azərbaycanda bu il 3 minə yaxın vətəndaşa dövlət xətti ilə ipoteka krediti verilib

2017-12-27 14:49:00

Bu il Azərbaycanda 3 minə yaxın vətəndaş dövlət xətti ilə verilən ipoteka krediti hesabına mənzil problemini həll edib.

Fins.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 2017-ci ildə Fondun vəsaiti hesabına 194 mln. manat ipoteka krediti verilib.

Ümumilikdə isə, qurumun fəaliyyət göstərdiyi 12 il ərzində 21 mindən artıq ailənin mənzil şəraitinin yaxışılaşdırılmasına imkan yaradılıb, verilmiş kreditlərin ümumi həcmi isə 930 mln. manata çatıb. Bunun 276 mln. manatdan çox hissəsini güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

2017-ci il ərzində Fond ipoteka istiqrazlarının emissiyası vasitəsilə 265 mln. manat məbləğində vəsait cəlb edib, dövriyyədə olan 65 mln. manat məbləğində əsas borcu üzrə ödənişlər həyata keçirilb.

Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond istiqrazların 13 buraxılışını həyata keçirib, cəlb edilmiş maliyyə vəsaitlərinin məbləği 655 mln. manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilir. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının məbləği 534,6 mln. manatdır, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

2017-ci ilin dövlət büdcəsindən Fonda 50 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub ki, artıq bu vəsait tam şəkildə Fondun hesabına daxil edilib. Ümumilikdə, 2005-2017-ci illər ərzində dövlət büdcəsindən Fonda 366 mln. manat məbləğində vəsait daxil olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258