BANK

Bank əməkdaşları üçün təlim - QİYMƏTLƏR
26 DEKABR 2017
340

Bank əməkdaşları üçün təlim - QİYMƏTLƏR

2017-12-26 19:18:00

Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) bank əməkdaşları üçün "Hesabların açılması, aparılması və bağlanması" mövzusunda e-təlimçi vasitəsi ilə onlayn təlim təşkil edəcək. Fins.az xəbər verir ki, təlimdə hüquqi baza və müştəri növləri, hesabların iş rejimi və açılması prosedurları, hesabların aparılması və bağlanması, həmçinin Standard Bank Hesab Nömrəsi (IBAN) modulları və digər mövzular tədris olunacaq. 
Məlumat üçünbildirək  ki, "e-təlimçi" 2015-ci ilin əvvəlində istifadəyə verilmiş e-ABTC multiplatformalı onlayn təlim sisteminin ticarət adıdır. Onlayn təlim sistemi (LMS) http://abtc.talentlms.com resursunda yerləşir və həftənin 7 günü 24 saat xidmət gğstərir. "e-təlimçi"-nin təqdim etdiyi təlimlər ABTM-nin peşəkar ekspertləri tərəfindən bu günə kimi sox sayda aparılmış və müvəffəqiyyət qazanmış təlim materialları əsasında hazırlanıb. 
Təlimdə bir nəfər üçün iştirak haqqı 50 manatdır.

Təlimlər audio-vizual təqdimatlardan, testlərdən və digər interaktiv təlim materiallarından ibarətdir. Testi müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə 1 il ərzində etibarlı olan elektron formatda sertifikat verilir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276