BANK

Hansı banklar avtomobil krediti verir? – ARAŞDIRMA
27 DEKABR 2017
681

Hansı banklar avtomobil krediti verir? – ARAŞDIRMA

2017-12-27 08:22:00

Bu yazıda banklarda milli və xarici valyutada verilən avtomobil kreditlərinin faiz dərəcələri təqdim edilib.

Avtomobil kreditlərində illik faiz dərəcəsi 10-28% arasında dəyişib. Milli valyutada avtomobil kreditini minimum faiz dərəcəsi ilə “NBC Bank” ASC (10%), maksimum faiz dərəcəsi ilə “AccessBank” ASC (28%) müştərilərə təqdim edib.

Avtomobil kreditini xarici valyutada minimum faiz dərəcəsi ilə “Bank BTB” ASC (13%), maksimum faiz dərəcəsi ilə isə “Bank Melli İran Bakı filialı” (18-25%) verib.

Qeyd edək ki, banklarda milli valyutada verilən kreditlərin orta faiz dərəcələri 21.16%, xarici valyutada isə 18.2%-dir.

Banklar

Milli valyutada  verilən kredit (%)

 

 

Xarici valyutada verilən kredit (%)
  illik 24 ay 36 ay 48 ay 60 ay

illik

AccessBank QSC

25-28        
AtaBank ASC 15-20 16-19 17-20 18 20

Bank BTB ASC

25 26 27     13
Bank Melli İran Bakı filialı 18-25        

18-25

Bank VTB (Azərbaycan)ASC

21-22         21-22
Xalq Bank ASC        

14-22

Naxçıvanbank ASC

16-18        
NBCBank ASC 10-26        

NİKOYL Bank IKB ASC

22        
Rabitəbank ASC 18 20 22    

TuranBank ASC

18-19 19-20 20-21    
Yapı Kredi Bank Azərbaycan QSC 23-24        

Ziraat Bank Azerbaycan ASC

25 26 27 15 16

17

Qeyd edək ki, cədvəldə qeyd edilən faiz dərəcələri bankların rəsmi internet səhifələrində 1 dekabr tarixinə olan məlumatlara əsasən götürülüb.

© BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300