BANK

Mikro kredit verən banklar – SİYAHI
26 DEKABR 2017
343

Mikro kredit verən banklar – SİYAHI

2017-12-26 16:29:00

Məqsədindən (təyinatından) asılı olaraq kreditləri bir neçə qrupa bölmək olar. Amma ümumilikdə kreditləri istehlak və biznes (kommersiya) kreditləri olmaqla iki hissəyə ayıra bilərik.

Biznes kreditləri  - insanlara yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları almaq, xammal almaq və s. məqsəd ilə verilir. Yəni vəsait yeni bir işə yatırılır ki, siz də gələcəkdə həmin işdən daha çox səmərə götürəsiniz.

İstehlak kreditləri isə - siz avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.

İstehlak kreditləri yeni dəyər yaratmır. Onlar sadəcə insanla hər hansı bir ehtiyacını qarşılmağa kömək edir.

Biznes kreditləri isə yeni dəyər yaradır, iqtisadiyyatın yüksəlişinə töhfə vermiş olur.

Biznes məqsədi ilə verilən kreditləri mikro kreditlər, kiçik və orta biznes kreditləri, həmçinin hüquqi şəxslərə verilən iri həcmli biznes kreditlərinəbölmək olar.

Mikro kreditlər

Mikro kreditlər daha kiçik məbləğli olub, kiçik təsərrüfat ilə məşğul olan şəxslərə verilir. Bu kreditlərin məbləği 100 AZN (USD)-dən başlayır.

Mikro kreditlər daha çox bank olmayan kredit təşkilatlarının məşğuliyyət sahəsidir. Amma fiziki və hüquqi şəxslərə mikro kredit verən bankların sayı da az deyil.

Aşağıdakı cədvəldə mikro kredit verən bankların siyahısını sizlərə təqdim edirik:

 Bankın adı

Mikro kreditin həcmi

Müddət

İllik faiz dərəcəsi 

AccessBank

300-30.000 USD (AZN)

6 aydan-60 aya qədər

19%-28%

BankofBaku

500-20.000 AZN

3 aydan-36 aya qədər

26%-32%

Amrahbank

100 -20.000 AZN

36 ayadək

24%-25%

Unibank

500-20.000 AZN

24 ay

28%-dən başlayaraq

Bank Respublika

500-30.000 AZN

24 ay

15%-28%

VTB Bank

1000 -25 000 AZN (USD,EUR)

36 ayadək

20%-dən başlayaraq 

Turan Bank

12.000 AZN(USD)-dək

24 ay

24%-dən başlayaraq

Express Bank

1.000-30.000 AZN

30 ayadək

25%-30%

Gələcək araşdırmamızı kiçik və orta biznesə verilən kreditlərə həsr etməyi düşünürük. 

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300