BANK

Bank Respublika 2017-ci ili belə "yola salır"
26 DEKABR 2017
520

Bank Respublika 2017-ci ili belə "yola salır"

2017-12-26 11:57:00
Yola saldığımız il Bank Respublika üçün həm də yubiley ili oldu. Bank bu il 25- illiyini qeyd etdi və ad günü ərəfəsində söz verdiyi kimi, il ərzində öz müştərilərini bir sıra yenilik və nailiyyətləri ilə sevindirə bildi.
Bank öz 25 illiyini qeyd edib
İl ərzində  hər bir müştərinin maraqlarını düşünərək plastik kartlar, nağd və mikro kredit məhsulları üzrə, sahibkarlıqla məşqul olanlar üçün isə bu yaxınlarda özəl “Xoş Gəldin” kampaniyasına start verilib
Hal-hazırda isə bankın müştəriləri Mikro Kredit və Nağd Kredit üzrə öz yeni il hədiyyələri seçib əldə edə bilərlər. “Xoş gəldin” kampaniyası çərçivəsində yeni əməkdaşlığa başlanmış müştərilər üçün bütün əməliyyat xidmətləri ilin sonunadək pulsuzdur.
Elektron Bankçılıqda Lider bank!
İlin əvvəlində Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin təşviqi və stimullaşdırılması məqsədilə keçirilən tədbirdə Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 1-ci yerə layiq görüldü.     
Müştərilərə daha operativ və əlverişli xidmət növlərinin göstərilməsi məqsədilə Bank Respublika elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışır.
İstifadəyə verildikdən sonra qısa müddət ərzində müştərilərin rəğbətini qazanmış Mobil Şöbə xidmətinə bir sıra yeniliklər əlavə edildi. Artıq bu əlavəyə banka gəlmədən də qoşulmaq olar və elə buradan “Mobil Vizit” xidmətindən istifadə etməklə banka ziyarətinizi əvvəlcədən rezerv edə bilərsiniz.  Bundan başqa, “Vektor” ölkədaxili pulköçürmə sistemi və ipoteka ilə cərimələrin ödənişləri funskiyası da Mobil Şöbəyə əlavə olundu.
Bu yaxınlarda Bank Respublika hüquqi şəxslər və fərdi sahibkarlar üçün Mobil Ofis – yeni mobil əlavəsini istifadəyə verdi. Bu xidmət üzərindən bankın müştərisi olan hüquqi şəxslər öz hesablarına banka gəlmədən bu əlavə üzərindən nəzarət edə biləcəklər.
Yeni kart məhsulları təqdim edilib
Premium kateqosiyasına aid olan MasterCard Black Edition məhz bu il bank tərəfindən təqdim olunub. Bu kart bir sıra üstünlük və imtiyazlarla yanaşı müştərilər üçün xüsusi konsyerj servis imkanlarından faydalanmaq imkanı yaradır.
Kredit xəttli kart müştəriləri də bu ildən etibarən dəbdə olan 45 gün güzəştli kart məhsulundan yenidən istifadə edə bildilər.
Pul Köçürmələri xidmətləri genişləndi
Pulköçürmə xidməti üzrə müştərilərin çoxdan gözlədiyi sistemlə əməkdaşlıq yenidən quruldu. Cari ilin oktyabr ayından etibarən bank Zolotaya Korona köçürmə sistemi ilə əməkdaşlığını bərpa edib və bütün filiallar üzrə fəaliyyət göstərir.
Bank öz dayanılığını möhkəmləndirir.
Bir neçə gün oncə isə Bank Respublika-nın səhmdarları tərəfindən nizamnamə kapitalının daha 10 mln manat məbləğində artırılmasına razılıq verdikləri haqda məlumat verildi. Bankdan bildirdilər ki, nizamnamə kapitalının artırılmasında başlıca məqsəd bankı əlavə kapitalla təmin etməklə, bankın dayanıqlı və sabit inkişafını təmin etməkdir.
Müəllif: Xeybər Heydərov 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253