BANK

“Qara bazarda” dollar son 5 ayda ilk dəfə bahalaşdı
15 DEKABR 2017
2069

“Qara bazarda” dollar son 5 ayda ilk dəfə bahalaşdı

2017-12-15 16:04:00

 Dekabrın 15-də “qara bazar”da dollar bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə, dolların alışı 1.6950 manatdan 1.6970-1.6980 manata, satışı isə 1.7000 manatdan 1.7020 manata yüksəlib.

Qeyd edək ki, “qara bazar”da dolların bahalaşması sonuncu dəfə iyul ayında qeydə alınıb və 1.7030-1.7050 manat səviyyəsində olub.

 Dollardan fərqli olaraq avronun alışı 2.00 manat olaraq qalıb, satışı isə 2.02 manatdan 2.01 manata düşüb.

Rus rublu isə yenidən bahalaşıb. “Qara bazar”dan verilən məlumata görə, rublun alışı 2.84 qəpikdən 2.86 qəpiyə, satışı isə   2.86 qəpikdən 2.87 qəpiyə qədər artıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260