BANK

"Mərkəzi Bank hərraca daha çox dollar çıxarmalıdır" – VÜQAR BAYRAMOV
14 DEKABR 2017
1662

"Mərkəzi Bank hərraca daha çox dollar çıxarmalıdır" – VÜQAR BAYRAMOV

2017-12-14 15:00:00
Mərkəzi Bank manatın mövcud məzənnəsini qorumaq üçün hərraca daha çox dollar çıxarmalıdır. Bunu Fins.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, son aylar dolların alış kursu ilk dəfə 1.7050 manata yüksəlib. Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar. Digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlar ilə bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin bu ilki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir.
Məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olsa da, ekspert hesab edir ki, Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. V.Bayramov əlavə edib ki, qlobal valyuta bazarı isə FED-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258