BANK

Bu bank nizamnamə kapitalını 28% artırır
13 DEKABR 2017
719

Bu bank nizamnamə kapitalını 28% artırır

2017-12-13 14:59:00

“Bank BTB” ASC-nin 14,45 mln. manatlıq öhdəliyi I dərəcəli kapitala çevriləcək. Fins.az xəbər verir ki,bu barədə “Report”a Bankdakı mənbə bildirib. Onun sözlərinə görə, bununla da “Bank BTB”nin nizamnamə kapitalı 27,8% artaraq 52 mln. manatdan 66,45 mln. manata yüksələcək. Bankın dövriyyədə olan, hər biri 1 000 manat nominal dəyərə malik səhmlərinin sayı isə 52 mindən 66,45 minə çatacaq. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267