BANK

2018-ci ildə dolları nə gözləyir?
12 DEKABR 2017
3927

2018-ci ildə dolları nə gözləyir?

2017-12-12 17:32:00

Digər əsas valyutalara nisbətdə 9% ucuzlaşmadan sonra hesab olunur ki, yeni ildən dollar güclənəcək. Lakin risklər barədə unutmaq olmaz. Odur ki, FED-in və dünya banklarının dollara dəstək göstərməsi lazım olacaq. Fins.az əcnəbi analitikləringələn il üçün dollar haqqında fikirlərini təqdim edir. Belə ki, 2018-ci ildə ABŞ-da artım gözlənilir. Lakin nə Mərkəzi Avropa Bankı nə də Yaponiya Bankı artım haqqında düşünmürlər.

Yen

Son günlər Yaponiya Bankının tənqidlərə məruz qalmış yumşaldılmış siyasəti ciddi monitar siyasətin aparılacağına dair fikirləri alt üst edir. Lakin beynəlxalq pul – kredit siyasətinin, Yaponiyada inflyasiyanı artıra biləcəyi güman olunur. Amma Yaponiyada qiymətli kağızların dəyərinin artması bu ölkə investorlarının öz sərmayələrini ölkə daxilində qoyduqlarından xəbər verir. Bu da özlüyündə yenə dəstək olur. Bu səbədən ekspertlər hesab edirlər ki, növbəti ildə dollar yen qarşısında bir qədər ucuzlaşa bilər.

Avro

Avronun bahalaşması növbəti ildə də özünü göstərə bilər. 2017-cı ildə avro dollar qarşısında 13% bahalaşıb. Avronun bahalaşmasına səbəb Avropada iqtisadi artım olub.

Avropa iqtisadiyyatının göstəriciləri artdığı halda bu avro üçün əlavə qüvvə olacaq. Həmçinin bu artım sayəsində idarə olunan rezervlərin də avronun kursuna müsbət təsir edəcəyi gözlənilir.

Lakin siyasi sabitliyi də unutmaq lazım deyil. Belə ki, Brexit barədə aparılan danışıqlar və may ayında İtaliyada keçiriləcək seçkilər də çox əhəmiyyətlidir. Analitiklər hesab edirlər ki, avronun güclənməsi üçün mütləqdir ki, Avropada siyasi sabitlik olsun.

İnflyasiya

2017-ci ildə az inkişaf etmiş ölkələrdə istehlak qiymətləri müəyyən qədər sabit qalmağına baxmayaraq bazar iştirakçıları bu qiymətlərin 2018-ci ildə surətlə artacağından ehtiyat edirlər. Bunun da nəticəsində mərkəzi banklar planlaşdırılandan da daha tez qərarlar verməsinə səbəb olacaq ki, hansı ki bu səhv riskləri adlanır.

Ekspertlər hesab edir ki, ABŞ Federal Ehtiyatlar Sistemi 2018-ci ilin ikinci rübündə və 2018-ci ilin 4-cü rübünə kimi  faiz dərəcələrini artıracaqlar. Digər bir əsas məqamlardan biri ABŞ prezidenti .D. Trampın vergi sistemindəki dəyişikliklərdən asılı olacaq.

Müəllif:Xeybər Heydərov

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257