BANK

Hərracdan sonra “bloomberg”də dollar manat qarşısında bahalaşdı
12 DEKABR 2017
534

Hərracdan sonra “bloomberg”də dollar manat qarşısında bahalaşdı

2017-12-12 14:27:00

Dekabra ayının 12-də keçirilən növbəti valyuta hərracından sonra banklararası ticarətdə dollar manat qarşısında bahalaşıb. Fins.az xəbər verir ki, “bloomberg” terminalında dollar 12:00-da 1.6971 manata düşsə də, yenidən 1.6991 manata qədər yüksəlib. Başqa sözlə, 0,1% bahalaşıb.

Qeyd edək ki, bugünkü valyuta hərracında manatın orta çəkili məzənnəsi 1.7000 manatdan 1.7001 manata yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258