BANK

Bitcoin 2018-ci ildə təhlükə yaradacaq? - Deutsche Bank
11 DEKABR 2017
663

Bitcoin 2018-ci ildə təhlükə yaradacaq? - Deutsche Bank

2017-12-11 15:20:00

Bitcoin xəstəliyi gələn il də biznes üçün təhlükə yaradacaq. Fins.az qərb mediasına istinadən xəbər verir ki, bu barədə Deutsche Bank məlumat yayıb. Bankın rəsmisi Torsten Slok 2018-ci il üçün risklərin siyahısını hazırlayıb. Siyahıda bitcoinin kəskin ucuzlaşması,inflasiyanın kəskin artımı və Şimali Koeya tərəfdən təhlükələr yer alıb. İqtisadi bazarlar bu aspektlərə hələ elə ciddi diqqət yetirmirlər- deyə Slok öz açıqlamasında bildirib. Slokun fikrincə 2018-ci ildə bitcoinin büdrəməsi daha da stematik olacaq

Digər bir iqtisadçı ekspert Cim Kermer bitcoini kazinoda oynanılan qumara bənzədib. Hansı ki, ilk baxışdan uduzan tərəfin olmadığı guman olunur.

Həmçinin bitcoinin valetilliyinin və şəffaflığın olmaması bu kriptavalyutaya qarşı Wall Street tərəfindən tənqidləti bir az da gücləndirib.

Lakin bitcoinin valetilliyi tezliklə mümkün ola bilər. Belə ki, birjalar tezliklə bitcoinin satışını fyuçerslərlə həyata keçirməyə hazırlaşırlar.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273