BANK

Azərbaycanın bank sektorunun balans kapitalı 3,1 mlrd. manatdır
11 DEKABR 2017
351

Azərbaycanın bank sektorunun balans kapitalı 3,1 mlrd. manatdır

2017-12-11 09:43:00

Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26 mlrd. 311,6 mln. manat, cəmi öhdəlikləri isə 23 mlrd. 216,6 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 95 mln. manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3,6% (250,7 mln. manat) artaraq 7 mlrd. 250,2 mln. manat olub.

Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2491 olub.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16470 nəfər təşkil edib. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251