BANK

“Qara bazarda” rubl ucuzlaşdı
06 DEKABR 2017
485

“Qara bazarda” rubl ucuzlaşdı

2017-12-06 09:55:00

Dekabrın 6-da “qara bazar”da dolların məzənnəsi dəyişməyib. 
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Avropa valyutasının “qara bazar”da alışı nisbətən ucuzlaşıb. Belə ki, avronun alışı 2.01 manatdan 2.00 manata düşüb, satışı isə 2.02 manat təşkil edir.

Rus rublunun isə “qara bazar”da satışı aşağı düşüb. Belə ki, rublun alışı 2.83 qəpik olaraq qalsa da, satışı isə 2.86 qəpikdən 2.84 qəpiyə qədər ucuzlaşıb. Başqa sözlə, rubl manat qarşısında 0,7% eniş edib.

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270