BANK

Naxçıvan əhalisinə verilən kreditlərin məbləği açıqlanıb
05 DEKABR 2017
367

Naxçıvan əhalisinə verilən kreditlərin məbləği açıqlanıb

2017-12-05 10:23:00

2017-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 25 mln. 881,9 min manat məbləğində kreditlər verilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Naxçıvanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, verilmiş kreditlərin 3,791 mln. manatı və yaxud 14,6%-i qısamüddətli, 22 mln. 90,9 min manatı və yaxud 85,4%-i uzunmüddətli kreditlər olub.

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib. 1 noyabr 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 62939-a çatıb ki, bunun da 54741-i və ya 87%-i aktiv hesablardır. 2017-ci ilin yanvar-oktyabr aylarında açılmış 22980 bank hesabının 22878-i aktiv hesablar olub.

Naxçıvanda quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2017-ci il tarixə 1259-a çatıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272