BANK

Müştərilər yenidən plastik kartlara üz tutur
01 DEKABR
152

Müştərilər yenidən plastik kartlara üz tutur

2017-12-01 10:27:00

Azərbaycanda dövriyyədə olan cəmi ödəniş kartlarının sayı 2017-ci ilin oktyabr ayının sonuna 5 milyon 657 min ədəd təşkil edir.

Bu rəqəm isə keçən ilin sonuna olan göstəricidən 6% çoxdur. Belə ki, 31 dekabr 2016-ci ilə olan göstərici 5 milyon 334 min kart təşkil edib.

Diaqramda son beş il ərzində cəmi kartların artım-azalma dinamikasını izləyə bilərsiniz. 

Dövriyyədə olan cəmi ödəniş kartlarının 90%- debet kartlar, 10%-isə kredit kartların payına düşür. Debet kartları sosial, əməkhaqqı və digər növ kartlara bölünür.

Cari ilin oktyabrın sonuna olan göstəriciyə əsasən, debet kartlarının ümumi  həcmi 5 milyon 67  min ədəddir, keçən illə müqayisədə debet kartlarının həcmi  7% artıb.   Beləki keçən ilin dekabr ayında cəmi debet kartları 4 milyon 703 min ədəd təşkil edirdi.

Kredit kartlarına gəldikdə isə onun həcmindədə az da olsa artış var. Dövrün sonuna kredit kartlarının sayı 580 min ədəddir.

 Aşağıdakı diaqramda, dövriyyədə olan kartların sayını daha ətraflı görə bilərsiniz.

Əməliyyatların sayına gəldikdə bu il üzrə debet və kredit  kartları ilə  7 milyon 909 min əməliyyat aparılıb, bu isə keçən ilin dekabr ayından 2% azdır. 2016-cı ilin 31 dekabr ayına olan göstərici 8 milyon 73 min olmuşdur.

Əməliyyatların ümumi həcminə nəzər yetirsək,  keçən ilin dekabr ayında  1 milyard 299 mln manat olan göstərici  bu ilin oktyabrında azalaraq 1 milyard 178 mln  manata enmişdir.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288