BANK

Azərbaycan Beynəlxalq Bankı teleradio reklamlarını bərpa edir
30 NOYABR
257

Azərbaycan Beynəlxalq Bankı teleradio reklamlarını bərpa edir

2017-11-30 12:18:00

 “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC “VASCO Internet Banking” lisenziyasının satın alınmasına, həmçinin 2018-ci ildə radio və televiziya kanallarına reklamların yerləşdirilməsinə dair açıq tenderlər elan edib.

Fins.az xəbər verir ki, hər iki tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 11-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 15-nə qədər Bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,67 ünvanındakı baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: [email protected]).

Təkliflərə dekabrın 18-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır. Bankın səhmlərinin 76,73%-i Maliyyə Nazirliyinə, 14,56%-i problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 04%-i 13 qeyri-dövlət müəssisəsinə, 4,55%-i isə 1 759 fiziki şəxsə məxsusdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288