BANK

Bu bank işçiləri arasında fərqlənənləri seçib - AZƏRBAYCANDA
30 NOYABR
926

Bu bank işçiləri arasında fərqlənənləri seçib - AZƏRBAYCANDA

2017-11-30 11:27:00

RabitəBank işçiləri arasında yaxşıların yaxşısını seçib. Bankdan Fins.az-a verilən məlumata görə fərqlənən işçilər müxtəlif nominasiyalarda seçilirlər. Peşəkar nailiyyətlərə bağlı olan nominasiyaların şərtləri adətən əməkdaşlara əvvəlcədən elan edilir və açıq, sağlam rəqabətdə aparılan yarış formatında həyata keçirilir.

Bankın satış strukturlarının əməkdaşları üçün aşağıdakı əsas nominasiyalar mövcuddur:

“Çempion satıcı” aylıq nominasiyası. Kredit məhsullarının satışı üzrə ən yaxşı nəticələr əldə etmiş 3 əməkdaşa bankın rəhbərliyi tərəfindən keçici kuboklar təqdim edilir.

Keçici kuboklar həm kredit, həm də qeyri-kredit məhsullarının satışında fərqlənmiş əməkdaşlara/filallara da təqdim edilir.

“Yaxşıların yaxşısı” nominasiyası. Müəyyən edilmiş meyarlara əsasən illik göstəricilər üzrə fərqlənmiş əməkdaşlara bankın rəhbərliyi adından təşəkkürnamə təqdim edilir və bu əməkdaşlar üçün bank rəhbərliyinin iştirakı ilə maraqlı vaxt keçirməyə imkan yaradılır.

Bu il biz hələ ki, kredit  əməkdaşları üçün bu nominasiya çərçivəsində 10 əməkdaşı seçib bankın rəhbərliyi ilə şam yeməyinə, daha sonra isə “Qarabağ - Çelsi” futbol çempionatında (yüksək maraq olduğu üçün) iştirak etməyə dəvət edilib.

Həmçinin bankın ən yaxşı satıcıları əlavə olaraq ilin sonunda ölkəmizin ən yaxşı məkanlarında istirahət imkanı qazanacaqlar.

Yüksək nəticələrlə fərqlənmiş əməkdaşlar “Şərəf Lövhəsi”ndə yerləşdirilir.

Yuxarıda qeyd edilən nomisayalarla yanaşı bankda hər ay peşəkar nailiyyətlərlə bağlı olan pozitiv nominasiyaların (Məs.“İşə tələsən”, “Workaholic”, “The Best İdeya” və s.) qalibləri də müəyyən edilir. Bu nominasiyalar üzrə mükafatlar adətən daha simvolik, lakin original və yaddaqalan olur. Bu tip nominasiyaları çox hallarda sürpriz formatında etməyə çalışırıq və bu nomisiyalar əməkdaşlara yüksək pozitiv emosiyalar bəxş edir.

Bundan əlavə olaraq qeyri-maddi motivasiya proqramı çərçivəsində əməkdaşlarımızın asudə vaxtının təşkil edilməsi üçün tədbir və layihələr həyata keçirilir. Bu cür tədbirlərə intellektual oyunları, idman tipli yarışları, müxtəlif müsabiqələri və digər “teambuilding” tədbirlərini nümunə göstərmək olar.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289