BANK

“Qara bazarda” rubl bahalaşmaqda davam edir – SON VƏZİYYƏT
29 NOYABR
1199

“Qara bazarda” rubl bahalaşmaqda davam edir – SON VƏZİYYƏT

2017-11-29 13:01:00
Noyabr ayının 28-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Avropa valyutası “qara bazar” məzənnəsi də dəyişməyib. Belə ki, avronun alışı 2.00 manat, satışı isə 2.01 manat təşkil edir.
“Qara bazar”da Rus rublu isə bahalaşmaqda davam edir. Belə ki, rublun alışı 2.85 qəpikdən 2.87 qəpiyə, satışı isə 2.88  qəpikdən 2.90 qəpiyə qədər bahalaşıb.
“Qara bazar”da bildirilib ki, rublun manat qarşısında bahalaşması, rublun dollar qarşısında yüksəlməsi ilə bağlıdır.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288