BANK

Bankların kapital bazarlarında birbaşa iştirak etməsi müzakirə edilib
28 NOYABR 2017
346

Bankların kapital bazarlarında birbaşa iştirak etməsi müzakirə edilib

2017-11-28 10:01:00

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş təşkil edilib.

Palatadan Fins.az-a verilən məlumata görə, görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, habelə Mərkəzi Bankın notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirilib. Qeyd olunub ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparılıb, fikirlər dinlənilib. Qərara alınıb ki, təqdim edilmiş mövzular üzrə işlər davam etdirilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253