BANK

Rusiya aktivlərindən çıxış sürətlənib
27 NOYABR
210

Rusiya aktivlərindən çıxış sürətlənib

2017-11-27 19:11:00

Rusiya aktivlərinə investisiya fondlarından kapital axını 16-22 noyabr hesabat həftəsində bir öncəki həftə ilə müqayisədə 1,8 dəfə artaraq 71,3 mln. dollara yüksəlib. Fins.az "Report"-un Rusiya mediasına istinadən yaydığı məlumata əsasən xəbər verir ki, bu barədə "Emerging Portfolio Fund Research"ün inkişaf etməkdə olan bazarlar üzrə araşdırma hesabatında qeyd edilib.

Araşdırmada bildirilib ki, 2-8 noyabr həftəsində Rusiya aktivlərinə investisiyalar 123 mln. dollar olduğu halda, növbəti iki həftədə aktivlərdən çıxış 110,3 mln. dollar olub.

İnkişaf etməkdə olan ölkələr arasında xalis investisiya qoyuluşunda lider ölkə Braziliya olub. Bu ölkəyə həftə ərzində 378 mln. dollar, ikinci sırada yer alan Hindistana isə 264 mln. dollar vəsait qoyulub.

Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrə həftə ərzində 1,5 mlrd. dollar portfel investisiyası qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289