BANK

Azərbaycanda Bank Ombudsmanı ilə bağlı yeni qərarlar qəbul olunacaq
23 NOYABR 2017
233

Azərbaycanda Bank Ombudsmanı ilə bağlı yeni qərarlar qəbul olunacaq

2017-11-23 11:54:00

Yaxın gələcəkdə Bank Ombudsmanı ilə bağlı bir sıra yeni qərarlar qəbul ediləcək.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən II Bankçılıq Forumunda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, qeyri-neft sektorundan gələn gəlir dövlət büdcəsinin formalaşması üçün kifayət deyil: “Ona görə də, hələ dövlət büdcəmiz neft və qaz gəlirlərindən asılı olacaq”.

Deputat deyib ki, bankların birləşməsi onların bağlanmasından daha əhəmiyyətlidir: “2001-ci ildə Türkiyənin bank sektorundakı proses birdən birə baş verməyib. Bizdə də bu proses indi başlayıb və bunun bitməsi üçün bir müddət lazımdır. Təbii ki, buna həm də dəstək lazımdır”.

V.Əhmədov deyib ki, Azərbaycanın bank sistemi hazırda böhran vəziyyətindədir: “Biz nə qədər rəqəmlər göstərsək də, etiraf etmək lazımdır ki, bank sistemi böhrandadır. Hesab edirəm ki, bank sistemini sağlamlaşdırmaq üçün hökumət əlavə vəsait ayırmaldıır. Hər bir bank "Paşa Bank", "Kapital Bank" deyil. Burada başqa balaca banklar da var. Onların isə kapitallaşmaya köməyə ehtiyacı var”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+4°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301