BANK

“Qara bazarda” rubl ucuzlaşdı - REKORD SPRED DARALMASI
23 NOYABR 2017
767

“Qara bazarda” rubl ucuzlaşdı - REKORD SPRED DARALMASI

2017-11-23 11:46:00
Noyabr ayının 23-də  “qara bazar”da dolların məzənnəsi dəyişməyib.
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Avropa valyutasının alışı nisbətən ucuzlaşıb. Belə ki, avronun alışı 1.99 manatdan 1.97-1.98 manata düşüb, satışı isə 2.00 manat təşkil edir.  
  Rus rublunun satışı isə bir qədər ucuzlaşıb. Belə ki, rublun alışı 2.80 qəpik olaraq qalsa da, satışı 2.84 qəpikdən 2.81  qəpiyə qədər ucuzlaşıb.Başqa sözlə, 1,4 % aşağı düşüb.
Qeyd edək ki, bu, rubl satışında ən aşağı spreddir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+3°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302