BANK

AMB: Tədiyyə balansındakı profisit ilin sonuna qədər daha da artacaq
23 NOYABR
137

AMB: Tədiyyə balansındakı profisit ilin sonuna qədər daha da artacaq

2017-11-23 11:05:00

Azərbaycan hökuməti ölkədə yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq çevik məzənnə siyasətinə keçib, xarici ticarət balanslaşdırılıb, tədiyyə balansında profisit əldə olunub.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, hazırda tədiyyə balansındakı profisit 1,1 mlrd. ABŞ dolları təşkil edir və ilin sonuna qədər bu rəqəm daha da artacaq: “Bu da dünya bazarında neftin bahalaşması, ölkəyə idxalın azalması və qeyri-neft sektoru üzrə ixracın artması ilə bağlıdır”.

O, həmçinin bildirib ki, hazırda Azərbaycanın bank sektorunda yüksək likvidlik yaranıb və AMB kredit aktivliyinin zəif olduğunu nəzərə alaraq sterilizasiya tədbirlərini davam etdirir.

“İlin əvvəlindən AMB-nin keçirdiyi not hərraclarında iştirak edən bankların sayı 5 dəfə artaraq 20-yə çatıb”, - deyə A.Quliyev qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289