BANK

PAŞA Bank "Şəffaf vergi tərəfdaşı” adına layiq görülmüşdür
23 NOYABR
101

PAŞA Bank "Şəffaf vergi tərəfdaşı” adına layiq görülmüşdür

2017-11-23 10:28:00

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank - "Şəffaf vergi tərəfdaşı" adına layiq görülmüşdür. Bu status Vergilər Nazirliyi tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarında təmsil olunan biznes fəaliyyətlərində şəffaflıq şərtlərinə riayət edən təşkilatlara verilir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu ada layiq görülmək Bankın Azərbaycan bazarında və regional miqyasda şəffaf maliyyə fəaliyyətinin həyata keçirilməsinə olan sadiqliyi ilə tam uyğunluq təşkil edir.

"İqtisadi islahatların aparılması və ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması bazarda şəffaflıq prinsiplərinə əməl etmədən mümkün olmazdı. Bu baxımdan, "Şəffaf vergi tərəfdaşlığı" aktual və vaxtında müəyyən edilmiş təşəbbüsdür və vergi ödəyiciləri ilə tənzimləyici orqanlar arasında tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir, bu isə nəticədə Azərbaycan iqtisadiyyatının potensialının artırılmasına müsbət təsir göstərir – deyə T. Kazımov fikrini yekunlaşdırdı.

Qeyd edək ki, PAŞA Bank "Şəffaf vergi tərəfdaşı" adına layiq görülmüş Azərbaycan bank seqmentinin az sayda iştirakçılarından biridir. Bu statusa layiq görülmək üçün bazar iştirakçıları bir sıra meyarlara, o cümlədən vergilərin tam və vaxtında ödənilməsi, müvafiq hesabatlılığın təmin edilməsi, gücləndirilmiş elektron imzadan istifadənin tətbiq edilməsi, mühasibatlıq uçotunun yerli və beynəlxalq standartlara uyğun aparılması kimi bu və digər şərtlərə riayət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287