BANK

Elman Rüstəmov: 2018-ci ildə inflyasiya 6 faizədək azaldılmalıdır
21 NOYABR 2017
671

Elman Rüstəmov: 2018-ci ildə inflyasiya 6 faizədək azaldılmalıdır

2017-11-21 19:13:00

Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə inflyasiya səviyyəsinin 6 faizədək azaldılması üçün ölkə hökuməti ilə sıx işləyəcək.

Fins.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında gələn il üçün büdcə paketinin müzakirələri zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu il Mərkəzi Bank mühafizəkar antiinflyasiya siyasəti yeridir və bu çərçivədə milli valyutada toplanmanın stimullaşdırılması məqsədilə faiz dərəcəsi artırılmayıb. E.Rüstəmov qeyd edib ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanda orta illik inflyasiya yüksək olub – 13,7 faiz.

Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci il üçün orta illik inflyasiyanı 13,2 faiz səviyyəsində proqnozlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254