BANK

Mərkəzi Bankın faiz qərarı nədən xəbər verir? – EKSPERTDƏN ŞƏRH
15 NOYABR
915

Mərkəzi Bankın faiz qərarı nədən xəbər verir? – EKSPERTDƏN ŞƏRH

2017-11-15 14:43:00
Mərkəzi Bankın İdarə Heyəti növbəti iclasını keçirərək uçot faiz dərəcəsində heçbir dəyişiklik etməyib və gələcək 3 ay ərzində faiz qərarında heçbir dəyişiklik etməyəcəyini bildirib. Bu qərar MB-ni mövcüd göstəricilərə görə çox rahat olduğunu və qısa müddətdə iqtisadi sferada ciddi kataklizmlərin olmayacağını proqnozlaşdırır və iqtisadi subyetlərə rahat olmalarını məsləhət görür. Bunu Fins.az-a iqtisadçı ekspert Cəfər İbrahimli deyib.
O bildirib ki, digər ciddi məsələ -cari ildə bank likvidliyinin artması kredit həcmini kəskin azalması ilə əlaqələndirilir.  Hətta MB-nin bazarı maliyələşdirmə dərəcəsinin(15-18% aralığında) bu qədər yüksək olduğu şəraitdə iqtisadi böyüməyə nail olunduğu, hətta qanedici olduğu vurğulanır.
 Üçüncü ən vacib məsələ- infilyasiya təzyiqlərinin davam etdiyi və çox böyük ehtimalla buna bağlı olaraq faiz dəyişikliyi etmədiyi təxmin olunur. Faizin yuxarı olması vətəndaşların istehlaka deyil yığıma yönəlməsi infilyasiya təzyiqini azaldacağı proqnozlaşdırılır. Eyni zamanda not və depozit hərracları ilə pul kütləsinin azaldılması əməliyyatı həyata keçirilir, amma cari ildə pul bazasının artığı vurğulanır. Hələ də pul kütləsini daha ucuz maliyyətlə tənzimləmək üçün məcburi ehtiyat normalarının dəyişdirilməsinə ehtiyac görülməyib. Cari ildə həm uçot dərəcəsinin yüksək saxlanması həm də Bazar əməliyyatları ilə pul kütləsinin azaldılması infilyasiya təzyiqlərinin azalmasına ciddi dəstək olmadığı müşahidə olunur. Ümumi nəticə bunu göstərir ki, ölkədəki inflasiya tələb deyil, idxala bağlı olan maliyyət artışından qaynaqlanır və bunu pul siyasəti ilə tənzimləmək çətin məsələdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291