BANK

“Qara bazar”da rubl dəyişənlər sürətlə artır
15 NOYABR
1255

“Qara bazar”da rubl dəyişənlər sürətlə artır

2017-11-15 11:08:00

Son bir neçə gündə “qara bazar”da rubl dəyişənlər sürətlə artır. Bu barədə Fins.az-a fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslər bildiriblər.
Məlumata görə, rubl dəyişmək istəyənlərin sayı və bir müştəri üzrə təqdim edilən valyutanın həcmi dəfələrlə artıb. Məsələn, əvvəl bir müştəri 3-15 min rubl dəyişmək üçün müraciət edirdisə, indi bu rəqəm 40-50 min rubla qədər yüksəlib. “Qara bazar”dan bildirib ki, buna səbəb rublun dollar qarşısında ucuzlaşmasıdır. Belə ki, insanlar əllərində olan valyutanın dəyərdən düşməkdə davam edəcəyindən ehtiyat edərək pulu dəyişməyə çalışır.
Xatırladaq ki, bu gün Rusiyanın nağd valyuta bazarında dolların məzənnəsi 60 rubl səviyyəsini ötüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291