BANK

AİB Azərbaycana borc verəcək – MƏBLƏĞ
14 NOYABR
175

AİB Azərbaycana borc verəcək – MƏBLƏĞ

2017-11-14 17:28:00

Dekabrın 1-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) kredit ayrılması məsələsini müzakirə edəcək. 

Fins.az-ın məlumata görə, Azərbaycan tərəfinə 400 mln. ABŞ dolları məbləğində borc veriləcəyi gözlənilir. 

5 fazada ayrılacaq bu vəsait ölkədaxili dəmiryolu infrastrukturunun yenilənməsi layihəsinin ilkin mərhələsi üçün nəzərdə tutulub. Söhbət Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulmasından gedir. Kreditin 150 mln. dolları yolun reabilitasiyası, qalan 250 mln. dolları isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyası üçün nəzərdə tutulub. 

Xatırladaq ki, oktyabrın 23-25-də ADY-ni və Maliyyə Nazirliyini təmsil edən şəxslərdən ibarət nümayəndə heyəti bu layihə ilə bağlı danışıqlar aparmaq üçün Manilada (Filippin) səfərdə olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287