BANK

2 bankın əmlakı icarəyə verilir
14 NOYABR
252

2 bankın əmlakı icarəyə verilir

2017-11-14 17:13:00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv edilmiş iki bankın balansındakı olan mənzil və qeyri-yaşayış sahəsini hərrac yoli ilə icarəyə verir. Fins.az ADIF-ə istinadən xəbər verir ki,icarəyə çıxardılan yerlərdən biri mənzil, ikisi isə qeyri-yaşayış sahəsidir. Mənzil Bank Standart-ın, qeyri-yaşayış sahəsi isə Texnika Bank-ın balansındadır. Hərrac 13 dekabrda saat 09:00-da Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında olacaq.

Məlumat üçün bildirək ki, qeyri-yaşayış sahələri ADIF-in yaxınlığında yerləşir.Mənzillərə gəlincə isə  mənzillərdən biri paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, 13 a ünvanında, digəri isə Nəsimi rayonu, Akademik Mirəsədulla Mirqasımov küçəsi, 10 ünvanında yerləşir.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291