BANK

Bitkoinin qiyməti neçəyə olacaq?
14 NOYABR
252

Bitkoinin qiyməti neçəyə olacaq?

2017-11-14 10:15:00

8 min dollara yaxınlaşan daha sonra bir neçə gün ərzində 6500 dollara qədər ucuzlaşan bitkoin bazar dəyərini formalaşdırmağa çalışır. Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramlı bitkoinin gələcək qiyməti ilə bağlı açıqlamasında bildirib.

Bəs bitkoinin gələcək qiyməti neçə olacaq? Fins.az-ın bu sualını cavablandıran Vüqar Bayramlı bitkoinlə bağlı iki yanaşmanın olduğunu bildirib. Ekspertin sözlərinə görə bitkoinin mərkəzləşdirilmiş olmaması və bank xidmətlərinin olmaması ona marağı daha da artırır. Bu da qiymət artımına səbəb olur. Son iki ayda bu artımı müşahidə edirik deyə ekspert bildirib.

Vüqar Bayramlı Beynəlxalq Valyuta Fondunun sədrinin bu kriptavalyutanın gələcək qiyməti ilə bağlı xəbərdarlığını da nəzərə çatdırıb. Ekspert bitkoinin gələcək qiymətini müəyyən etməyin olduqca çətin məsələ olduğunu bildirib. Vüqar Bayramlı bitkoinin gələcək qiymətinin ABŞ, Rusiya, Çin,Yaponiya və Avropa ölkələrinin bu kriptavalyutaya gələcək yanaşmasından onun qiymətinin bəlli olacağını bildirib. Əgər bu ölkələrdən hər hansının bu kriptavalyutanı bloklayacağı təqdirdə onun qiymətinin düşmə ehtimalı böyükdür deyə ekspert bildirib.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291