BANK

Azərbaycanda ən bahalı bank əmanətlərini bu şəxslər yerləşdirir
13 NOYABR
550

Azərbaycanda ən bahalı bank əmanətlərini bu şəxslər yerləşdirir

2017-11-13 17:29:00

Bölgələrdə ən aşağı əmanət faizləri Naxçıvan MR-dadır. Bu regionda əmanətlərə görə orta hesabla illik 2,5% dividend ödənilir. Həmçinin manat əmanətlərinin gəlirliliyi 3,1%, qeyri-manat əmanətlərinin gəlirliliyi isə 1,5%-dir .

Banklara ən bahalı əmanətləri Kəlbəcər-Laçın bölgəsindən olan məcburi köçkünlər yerləşdirir. Bu regionda əmanətlərin orta illik faiz dərəcəsi 9,5%-dir. Regionlar arasında qeyri-manat əmanətlərinin ən yüksək orta illik faiz dərəcəsi Yuxarı Qarabağdadır. Məcburi köçkünləri əhatə edən bu regionda xarici valyutada qəbul edilmiş əmanətlərə görə orta hesabla illik 4,9% dividend ödənilir. Yuxarı Qarabağda manat əmanətlərinin illik gəlirliliyi orta hesabla 3,2%, bütün əmanətlərin illik gəlirliliyi isə orta hesabla 3,4%-dir. Paytaxt əmanətçiləri milli valyutadakı əmanətlərə görə illik 7,9%, xarici valyutadakı əmanətlərə görə isə illik 3,2% gəlir əldə edir. Bakıda əmanətlərin orta illik faiz dərəcəsi 4,4%-dir.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291