BANK

ABA rəhbərliyi ilə iqtisadçı-ekspertlər arasında görüş keçirilib
10 NOYABR
329

ABA rəhbərliyi ilə iqtisadçı-ekspertlər arasında görüş keçirilib

2017-11-10 14:37:00

Noyabrın 8-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin rəhbərlik etdiyi ABA nümayəndə heyyəti ilə iqtisadçı-ekspertlər arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, Assosiasiyanın Rəyasət Heyətinin üzvü Şakir Rəhimov, ABA-nın icraçı direkoru Yunus Abdulov, İcra aparatının baş iqtisadçısı Bəhruz Əhmədov, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov  və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Samir Əliyev iştirak edib.

Görüş çərçivəsində bank sektorunun cari vəziyyəti, mövcud trendlər, sektorda baş verən proseslərin kommunikasiyası, cəmiyyətin maliyyə savadlılığının artırılması məsələləri və ABA ilə ictimai təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291