BANK

Problemli kreditlər artmaqda davam edir
08 NOYABR
444

Problemli kreditlər artmaqda davam edir

2017-11-08 19:14:00

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il oktyabrın 1-nə 1 857,1 mln. manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 33,1 mln. manat və yaxud 1,8% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 384,5 mln. manat və yaxud 26,1%, son 1 ildə isə 259,8 mln. manat və yaxud 16,3% artıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,9% olub. Bu nisbət avqustun sonunda 14,7%, ötən ilin sonunda 9%, ötən il sentyabrın sonunda isə 9,5% təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291