BANK

"Bank sistemində sağlamlaşmanı görmürük" – VAHİD ƏHMƏDOV
07 NOYABR
279

"Bank sistemində sağlamlaşmanı görmürük" – VAHİD ƏHMƏDOV

2017-11-07 13:37:00

Azərbaycan Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanmsı Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır.

Bu təkliflə deputat Vahid Əhmədov 2018-ci ilin büdcə zərfinin parlamentin 5 komitəsinin bugünkü birgə iclasında müzakirəsi zamanı bildirib.

"Bank sistemində sağlamlaşmanı görmürük. Kreditlər yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. "Bank Standard"ın bağlanması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 mln. manat ayrıldı. Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq", - deyə millət vəkili əlavə edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291