BANK

Mərkəzi Bankın valyuta ehtiyatları bu il 31% artıb
07 NOYABR 2017
481

Mərkəzi Bankın valyuta ehtiyatları bu il 31% artıb

2017-11-07 10:48:00

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il  oktyabr ayının 31-nə 5 mlrd. 200,7 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 195,2 mln. dollar və ya 29,84% çoxdur.

Oktyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,2 mln. dollar və ya 0,64% artıb.

Cari ilin əvvəlindən artım 1 mlrd. 226,3 mln. dollar və ya 30,85% olub.

© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260