BANK

Üç bank filialı bağlanıb
03 NOYABR 2017
1985

Üç bank filialı bağlanıb

2017-11-03 17:23:00

2017-ci ilin sentyabr ayının 30-na Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 557 olub.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala istinadən xəbər verir ki, sentyabr ayının əvvəlinə ölkədə 560 bank filialı fəaliyyət göstərib. Beləliklə, icmaldan 3 bank filialının ləğv olunduğu məlum olur. 

Bankların şöbələrinin sayı dəyişməyib - sentyabrın sonuna ölkədə 142 bank şöbəsi fəaliyyətdədir.

ATM-lərin sayı 9 ədəd azalıb. Belə ki, sentyabrın əvvəlinə ölkə üzrə 2495 ədəd olduğu halda, ayın sonuna bu rəqəm 2486 təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300